Alət Operatoru

İyul 16, 2025
Müraciət sonu: Avqust 15, 2025
İndi Müraciət Et

İş Təsviri

Az-Caspian CONSTRUCTION

Geodeziya – Alət Operatoru

Vəzifə Öhdəlikləri:

Sahə işləri zamanı topoqrafik cihazlar və ölçü avadanlıqları ilə dəqiq ölçmə işlərinin aparılması;
Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi;
Geodeziya və topoqrafiya işlərinin icrasında əldə olunan məlumatların emalı və hesabatların hazırlanması;
Müvafiq norma və standartlara uyğun sahə ölçmələrinin sənədləşdirilməsi;
Ölçmə cihazlarının sazlığını və düzgün işləməsini təmin etmək üçün texniki qulluq işlərinin görülməsi;
Sahə işlərində istifadə olunacaq cihaz və avadanlıqların düzgün seçilməsi və idarə olunması.
Namizəddən Tələblər:

Analoji sahədə minimum 1 il iş təcrübəsi (geodeziya ölçmələri və cihazlarla işləmə üzrə);
Geodeziya cihazları (total station-elektron taxeometr, nivelir) ilə işləmə bacarığı;
Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma;
Səyyar və açıq sahədə işləməyə fiziki hazırlıq və texniki düşüncə.
AutoCAD, MS Office (xüsusilə Excel), GIS proqramları üzrə biliklərə sahib olması üstünlükdü;
İş haqqında məlumat:

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq (bilik və təcrübəyə uyğun);
İş yeri: Bakı şəhəri, (Hövsan qəsəbəsi)
İş qrafiki: Həftə içi 6 gün (şənbə yarım iş günü);
Əlavə üstünlüklər: Təlim və inkişaf imkanları, peşəkar mühəndis komandası ilə əməkdaşlıq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Alət operatoru” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə telefonu: 055 216 20 65