İş Təsviri
Westcargo
İş yeri: Bakı şəhəri, Xətai rayonu
Vəzifə öhdəlikləri:
Malların düzgün qəbulu, yerləşdirilməsi və saxlanmasına nəzarət etmək;
Anbarda mal qalığını daim nəzarətdə saxlamaq və mütəmadi hesabatlar hazırlamaq;
Gələn və gedən yüklərin sənədləşdirilməsini həyata keçirmək;
Anbar sahəsinin səliqəli və təhlükəsiz vəziyyətdə saxlanmasını təmin etmək;
Müvafiq anbar proqramları ilə işləmək və məlumat bazasını yeniləmək;
Malların yığılması və müştərilərə təhvil verilməsini təmin etmək;
Malların yığılması və kuryerlərə təhvil verilməsini təşkil etmək;
Kuryerlərdən geri qaytarılan malların qəbul olunması və yenidən anbara əlavə olunmasını təmin etmək;
Yükləmə və boşaltma proseslərini təşkil etmək və nəzarət etmək;
Şirkətin bütün məlumatlarının konfidensiallığını qorumaq.
Namizədə dair tələblər:
Orta ixtisas və ya ali təhsil;
Kargo sektorunda anbarda minimum 1 il iş təcrübəsi mütləqdir;
Anbar idarəetməsi üzrə əsas biliklərə sahib olmaq;
MS Office və anbar proqramları ilə işləmə bacarığı;
Fiziki dözümlülük, dəqiqlik və məsuliyyətlilik;
Komandada işləmək bacarığı və operativlik.
Əmək haqqı və şərtlər:
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə
İş rejimi: 6 günlük
Müraciət qaydası:
Tələblərə uyğun namizədlərdən CV-lərini, emailin mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.