İş Təsviri
A+CO ASC
əzifə öhdəlikləri:
Anbar üzrə mövcud mal-materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
Qaimələr əsasında anbara daxil olan malları yoxlanılmaq;
Anbarın səmərəliliyin artırılması və sifarişlərin icrasını sürətləndirməyə dair işlər aparmaq;
Mal-materialların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təmin etmək;
Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək.
Tələblər:
Təhsil: Orta ixtisas və ya Ali;
Anbar sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
Planlaşdırma, təhlil və idarəetmə bacarığı;
Analitik düşünmə, tez qərar qəbul etmək bacarığı;
Komanda ilə işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik;
Dil bilikləri: Azərbaycan dili;
Kompüter bilikləri (əsasən MS Office) yaxşı səviyyədə olmalı.
İş şəraiti:
İş yeri: Xaçmaz rayonu;
5/7 iş qrafiki;
Əmək haqqı 650 Azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar (Xaçmaz )” yazaraq Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərilməsi və ya +994502508280 nömrəsi ilə saxlamaları xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.