İş Təsviri
METAK
İşin təsviri
Şirkətin hüquqi siyasətinin formalaşdırılması və tətbiqi;
Müqavilələrin hazırlanması, yoxlanılması və risklərin qiymətləndirilməsi;
Məhkəmə işlərinin aparılması və şirkətin maraqlarının hüquqi müdafiəsini təmin etmək;
Yerli və beynəlxalq qanunvericiliyin izlənilməsi və dəyişikliklərin tətbiqi;
Dövlət orqanları ilə yazışmaların və rəsmi müraciətlərin hazırlanmasını təmin etmək;
Korporativ sənədləşmənin və qərarların hüquqi baxımdan düzgünlüyünü təmin etmək;
Şirkət daxilində hüquqi məsləhətlərin verilməsi və hüquqi auditlərin təşkil edilməsi;
Müxtəlif şöbələrə hüquqi dəstək göstərilmək (maliyyə, insan resursları, satış və s.);
Kommersiya sirrini və hüquqi məxfiliyi qorunmaq;
Rəhbərliyə hüquqi risklər və strategiyalarla bağlı hesabatları təqdim etmək.
Tələblər
Ali hüquqi təhsil;
Hüquq sahəsində 2-3 il iş təcrübəsi;
Mülki, əmək, vergi və korporativ hüquq üzrə dərin biliklər;
Məhkəmə proseslərində təcrübə və uğurlu nəticələr;
Analitik düşüncə və hüquqi riskləri düzgün qiymətləndirmək bacarığı;
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
Təşəbbüskar və problem həll etmə bacarığına sahib olmaq;
Azərbaycan, ingilis və rus dillərində səlis yazı və danışıq qabiliyyəti;
MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş şərtləri
5 günlük iş həftəsi;
Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
Rəqabətli əmək haqqı və illik bonus;
Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
Nahar şirkət tərəfindən verilir;
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.