Aparıcı Mühasib

İyun 4, 2025
Müraciət sonu: İyul 3, 2025
İndi Müraciət Et

İş Təsviri

İnomarka.az

Inomarka avtosalonu olaraq komandamıza maliyyə və mühasibatlıq sahəsində peşəkar və məsuliyyətli Aparıcı Mühasib axtarır. Bu vəzifədə siz şirkətin bütün maliyyə və mühasibatlıq əməliyyatlarını idarə edəcək və rəhbərliyə vaxtında hesabatlar təqdim edəcəksiniz.

Vəzifə öhdəlikləri:

Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarının idarə olunması
Bank əməliyyatları (mədaxil və məxaric), kassa, əməkhaqqı, əsas vəsaitlər, debitor və kreditorların uçotunun aparılması
Vergi orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi
İşçilərin işə qəbulu, xitamı və digər HR əməliyyatlarının icrası
Əmək müqavilələri və digər müqavilələrin tərtib olunması
Vergi orqanlarından daxil olan məktubların cavablandırılması
DSMF və Statistika Komitəsinə hesabatların hazırlanması
Bütün növ sənədləşmələrin və üzləşmələrin aparılması
Daxili maliyyə hesabatlarının rəhbərliyə vaxtında təqdim olunması
Rəhbərlik tərəfindən verilən digər vəzifə tapşırıqlarının yerinə yetirilməsi
Tələblər:

Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat sahələri üzrə)
İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə təcrübə
Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək
Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Excel), 1C proqramı üzrə yüksək səviyyədə biliklər
Qanunvericilik bilikləri: Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və digər normativ aktlar üzrə biliklər
Elektron portallarla iş: e-taxes, e-gov, e-customs, e-qaimə, depozit hesabları, kargüzarlıq və s. üzrə işləmək bacarığı
Yük və gömrük bəyannamələri üzrə biliklər
PMS sertifikatı arzuolunandır
Detallara diqqətli, dəqiq və məsuliyyətli olmaq
İş şəraiti:

Əməkhaqqı: Razılaşma yolu ilə
İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00
İş yeri: Ağ Şəhərdə yerləşən ofisimiz