İş Təsviri
Veysəloğlu Şirkətlər Qrupu
Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun #dinamik iş mühitində #perspektivli iş təklif edirik.
Vəzifə öhdəlikləri:
Şirkətin maliyyə fəaliyyətinin və mühasibat uçotunun Azərbaycan Respublikası qanunvericiliyinə və daxili siyasətlərə uyğun təşkili.
Gündəlik maliyyə əməliyyatlarının uçot sistemində düzgün və vaxtında əks etdirilməsinə nəzarət.
Vergi, DSMF və digər dövlət hesabatlarının hazırlanması və təqdim olunması.
Maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması və rəhbərliyə təqdim olunması.
Gündəlik ödəniş tapşırıqlarının hazırlanması və izlənməsi.
Elektron qaimələrin tərtibi və müvafiq sistemlərdə idarə olunması.
Əmək haqqı, məzuniyyət və kompensasiya hesablamalarının icrası.
Əsas vəsaitlər, amortizasiya, debitor və kreditorların uçotu.
Bank əməliyyatlarına və nağd vəsait hərəkətlərinə nəzarət.
Mühasibatlığa aid bütün digər əməliyyatlar
İl sonu maliyyə bağlanış proseslərinə rəhbərlik.
Audit yoxlamaları üçün lazımi sənədlərin və izahatların hazırlanması.
Maliyyə siyasətlərinin və prosedurlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi.
Mühasibat komandasının rəhbərliyi və inkişaf etdirilməsi.
Vergi planlaması və risklərin idarə olunmasına dair təkliflərin hazırlanması
Tələblər:
Azərbaycan Respublikası vergi və mühasibat qanunvericiliyi üzrə dərin biliklər.
Əmlak (daşımaz əmlak) sahəsində uçot spesifikasiyası barədə təcrübə.
Mühasibat proqramlarında (1C, Logo, SAP və s.) işləmək bacarığı.
Güclü analitik düşüncə, problem həlletmə və komanda idarəetməsi bacarığı.
Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Mühasibatlıq üzrə).
PMC (Professional Accounting Certificate) – mütləqdir.
ACCA və ya digər beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür.
İş şərtləri:
İş məkanı: Azure Plaza
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftə içi)
Nahar: Təmin edilir
Rəqabətli əmək haqqı və mükafat sistemi.
Peşəkar inkişaf imkanları və təlim proqramları.
Müasir iş mühiti və layihələrdə iştirak.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Aparıcı mühasib” yazmaqla, öz CV-lərini career@veyseloglu.az və job.veyseloglu.az ünvanına göndərə bilərlər.