İş Təsviri
KITCHEN PLUS RESTAURANT(F/Ş Fərzəliyev Mirzə Cəfər oğlu)
İş barədə məlumat
Vəzifə öhdəlikləri:
– Müəssisənin fəaliyəti ilə əlaqəli bütün fəaliyyətlərin mühasibat uçotunda düzgün əks ettirilməsini təmin etmək;
– Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu;
– Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
– Elektron Qaimə Faktruralarım mühasibatlıq sistemində düzgün əks ettirilməsinin təmini;
– Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
– Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
– Ödəmə planlarının çıxarılması və icrası;
– Müştəri hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
– Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi;
– Statistika hesabatlarının hazırlanması və göndərilməsi;
– Maliyyə hesabatlarının hazırlanması;
– Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
İş şəraiti:
– İş yeri: Xətai rayonu, 8 Noyabr prospekti 23;
– 6 günlük iş qrafiki;
– Nahar şirkət tərəfindən qarşılanır;
– Maaş: 1000-1200 azn (Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı təyin ediləcəkdir).
Namizədə tələblər
Restoran və Keytrinq sahəsində fəaliyyət göstərən şirkətimizə “Aparıcı Mühasib” tələb olunur.
– Yaş həddi: 23-35
– İqtisadiyyat, maliyyə və müvafiq sahə üzrə ali təhsil;
– Mühasibatlıq prinsiplərini, müxabirləşmələrini və uçot əməliyyatlarını mükəmməl bilən;
– Mühasibatlıq sahəsində 2 ildən artıq iş təcrübəsi, iaşə xidməti sahəsində təcrübəsi olanlara üstünlük verilir.
– MS Office proqramlarını yaxşı səviyyədə bilən;
– İİKO proqram üzrə istifadə biliyini olması arzu olunandır;
– Disiplinli, komanda ilə işləmə bacarığı;
– Analitik düşünmə qabiliyəti;
– Planlama bacarığı.
Uyğun namizədlər CV’lərini e-poçt ünvanına vakansiyanın adını qeyd edərək göndərə bilər.