İş Təsviri
Honors Academy
Vəzifə Öhdəlikləri:
Şirkətin maliyyə-mühasibatlıq sisteminin qurulması və idarə olunması
Həm vergi uçotu, həm də IFRS əsasında rüblük və illik maliyyə hesabatlarının hazırlanması
DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və vaxtında təqdim olunması
Inventarizasiya işlərinin təşkili və idarə olunması
Büdcə planlamasının hazırlanması, xərclərin təhlili və proqnozu
Daxili auditlərin təşkili və maliyyə axınlarının analizi
Mühasibatlıq sənədlərinin (qaimə, müqavilə, hesab-faktura və s.) tərtib edilməsi
Rəhbərliyə mütəmadi olaraq maliyyə və analitik hesabatların təqdim olunması
Namizəddən Tələblər:
Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində)
Minimum 3 illik müvafiq iş təcrübəsi
Maliyyə hesabatlarının tərtibatında və vergi qanunvericiliyində dərin bilik
Yüksək analitik düşünmə qabiliyyəti
Microsoft Excel və digər ofis proqramlarında yüksək səviyyəli bacarıq
ACCA sertifikatlarına sahib olma
Dəqiqlik, məsuliyyət və operativlik
Üstünlüklər:
Beynəlxalq maliyyə & mühasibatlıq sertifikatlarının olması
Komandada işləmək və daxili prosesləri optimallaşdırmaq bacarığı
İş Qrafiki:
Tam ştat əsaslı, 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə)
İş saatları: 09:00 – 18:00
Dövlət tərəfindən müəyyən edilmiş bütün rəsmi qeyri-iş günləri tam şəkildə təmin olunur.
Əmək haqqı:
Namizədin bilik, bacarıq və təcrübə səviyyəsinə əsasən, qarşılıqlı razılaşma əsasında müəyyən olunur
Müraciət üçün:
CV və qısa motivasiya məktubunuzu, eləcə də gözlədiyiniz əmək haqqı məbləğini qeyd etməklə Müraciət Et düymsəində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Aparıcı Mühasib” qeyd etməyi unutmayın.