Aparıcı Mühasib

İyun 30, 2025
AZN1500 - AZN2000
Müraciət sonu: İyul 29, 2025
İndi Müraciət Et

İş Təsviri

Regency Consulting and Tax Solutions

İş barədə məlumat:

ƏDV, SV, Əmlak, Mənfəət, DSMF, Statistika və sair maliyyə hesabatların hazırlanması və aidiyyatı orqanlara vaxtında göndərilməsi;
Bütün növ maliyyə hesabatlarının hazılanması və 1C 8.3 proqramında, mühasibat uçotu qaydalarına və vergi qanunvericiliyə uyğun əks edilməsinin təmin edilməsi;
Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların kiçik mühasib tərəfindən düzgün icrasına nəzarət edilməsi;
Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin təmin edilməsi.
Dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
Tender sənədlərinin hazırlanması
Şirkətin hüquqi sənədlərinə dəyişiklik edilməsi
İş şəraiti:

Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
Korporativ mobil nömrə;
Əmək haqqı – 1500 – 2000 AZN (danışıq əsasında)
Namizəd üçün tələblər:

Mühasib vəzifəsində minimum 3 il iş ştajı;
Ali təhsil;
ACCA FA, PMS sertifikatlarının olması vacibdir;
1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı;
Azərbaycan və Rus dillərində səlis danışıq və yazışma bacarığı.
Namizədlərdən “CV”-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Aparıcı mühasib” başlığı yazmaqla göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi +994 55 215 03 70