İş Təsviri
AzerGold CJSC
Əsas vəzifə və öhdəliklər:
Cəmiyyətin şəbəkə inzibatçılığı sahəsində daxili qayda layihələrini hazırlamaqda əsas işin icrası;
Sistem və şəbəkə sektoruna aid texniki tapşırılqların hazırlanmasında əsas işin icrası;
Cəmiyyətin idarəetmə proseslərinin təkmilləşdirilməsində, o cümlədən texniki tapşırılqların hazırlanmasında şəbəkə inzibatçılığı məsələləri üzrə iştirak etmək, şəbəkə inzibatçılığı sahələri üzrə texniki tapşırıqları hazırlamaqda əsas işin icrası;
Cəmiyyətdə elektron informasiya sistemlərinin dayanıqlığına nəzarət üçün tələblərin təhlili və sənədləşdirilməsində, onların maraqlı tərəflə razılaşdırlmasında əsas işin icrası;
Cəmiyyətin şəbəkə infrastrukturunun yaradılması, təkmilləşdirilməsi, daim aktual saxlanması və dəstəklənməsi üçün tədbirlər görmək əsas işin icrası;
Firewall (PA/FortiGate/Cisco), L2/L3 switch (Cisco, HP), router üzrə təcrübə;
Corp. wireless systemləri üzrə təcrübə – UniFi, Cisco, Fortigate;
Cisco şəbəkə avadanlıqları ilə işləmə bacarığı;
Şəbəkə təhlükəsizliyi üzrə biliklər;
LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər;
Şəbəkə avadanlıqlarının istehsalçı firmalarının (Cisco, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübə;
IP-PBX üzrə dərin biliklər;
İnformatika, kompüter elmləri, rabitə, telekommunikasiya sahələri və/ya mahiyyətcə yaxın mühəndislik sahələri üzrə ali təhsil;
CCNP biliklərinin olması;
Comptia Security biliklərinin olması;
Tələb olunan bilik, bacarıq və səriştələr:
Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunan səviyyədə tələb olunur;
Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları;
Tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil (İT üzrə təhsil arzuolunandır);
İT sahəsində ən azı 5 il, onlardan şəbəkə inzibatçısı kimi ən azı 3 il
İş qrafiki:
Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.