İş Təsviri
Ateshgah Sigorta
Vəzifə öhdəlikləri:
Əməkdaşların IMS proqram təminatı ilə əlaqədar olaraq dəstəyi, müşayiəti, məlumatlandırılması və konsultasiyasını həyata keçirmək;
Əməkdaşlara nasazlıqların aradan qaldırılmasında operativ dəstək göstərmək, xətaları aşkarlamaq, məhdudlaşdırmaq və aradan qaldırmaq;
“Service Desk” sistemi üzərindən istifadəçi müraciətlərini qəbul etmək, işləmək və müraciətlərin həlli prosesinə nəzarəti həyata keçirmək;
Mütəmadi baş verən texniki problemlərin seqmentasiyasını və analizlərini aparmaq
Rəhbərlik tərəfindən təsdiqlənmiş proqram və proqram vasitələrinin qurulması/sazlanması üzrə işləri aparmaq;
Əməkdaşların IT sahəsi ilə bağlı ümumi suallarını cavablandırmaq;
Birbaşa rəhbərin verdiyi digər xidməti tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
Təhsil: Ali
İş təcrübəsi: ən azı 1 il müvafiq sahə üzrə
Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
Proqram təminatı ilə bağlı sorğuların idarə olunması və həll olunmasının təmin etmək bacarığı;
MS SQL Server ilə iş bacarığı;
Log analiz etmə və loglardan effektiv axtarış etmə bacarığı;
Monitoring sistemleri ilə iş təcrübəsi (məsələn, Nagios, Zabbix, Prometheus, Grafana);
Task Management Sistemləri ilə İş Bacarığı (məsələn, JIRA, Trello, Asana,TFS, Microsoft Planner və s.);
Web Services ilə iş təcrübəsi (REST/SOAP);
Web requesting ilə işləmə bacarığı;
Exception-lar barədə məlumatlı olmalı;
Analitik təhlil etmə və operativlik bacarığı
Komandada işləmə bacarığı
İş şərtləri:
İş vaxtı: I-IV günlər 09:00 – 18:00, V-gün 09:00 – 17:00
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Məlumatlandırıcı qeydlər:
Zəhmət olmasa, CV formanızı göndərməzdən öncə iş elanı ilə ətraflı tanış olun.
Namizədliyin baxılmasında CV forması mühüm rol oynayır. Xahiş edirik, CV-nizi düzgün və peşəkar şəkildə hazırlayın.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat