ASP.Net Proqramçı

İyun 30, 2025
Müraciət sonu: İyul 29, 2025
İndi Müraciət Et

İş Təsviri

PROSYS LLC

Proqram təminatlarının inkişafında təcrübənizi növbəti səviyyəyə daşımağa hazırsınız?
Biz mövcud və yeni proqram təminatlarının inkişafı, texniki dəstəyi və optimallaşdırılması sahəsində çalışacaq ASP.Net Proqramçı axtarırıq!
Əgər siz analitik düşüncəyə, texniki bacarıqlara və komanda ruhuna sahibsinizsə, bu fürsəti qaçırmayın!

Sizdən nələri gözləyirik?

C#, ASP.NET, Entity Framework üzrə iş təcrübəsi,
CSS, HTML, JavaScript, jQuery, Ajax bilikləri,
SQL dili üzrə bilik və Oracle/MSSQL Server ilə işləmə bacarığı,
Web Servis və Web Servis Client yazmaq bacarığı,
DevExpress komponentləri ilə iş təcrübəsi,
Analitik düşüncə və problem həll etmə bacarığı,
Tapşırıqlara adaptasiya və sərbəst araşdırma qabiliyyəti,
Komandada işləmə bacarığı və kollektiv şüur,
Agile/SCRUM metodologiyaları üzrə təcrübə,
Texniki ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir),
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı,
Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmalı,
Asan ünsiyyət qura bilməli,
İdeyanı strukturlaşdırılmış qaydada təqdimetmə bacarığı,
Obyektyönlü proqramlaşdırmanın prinsipləri haqqında biliklərə malik olmalı,
Ən azı 5 illik müvafiq iş təcrübəsi.
Görəcəyiniz işlər:

Mövcud C# və ASP.Net proqram təminatlarına texniki dəstəyin göstərilməsi,
Verilən texniki tapşırıqlara uyğun yeni proqram təminatlarının hazırlanması,
Sprint üzrə tapşırıqların vaxtında və keyfiyyətli icrası,
Hazırlanmış tapşırıqların ilkin testlərinin aparılması və keyfiyyətli təhvil verilməsi,
Mövcud proqram təminatlarının inkişaf etdirilməsi və yeni hesabatların hazırlanması,
Proqram təminatlarının test edilməsi və texniki sənədləşmənin aparılması.
Biz sizə nə təklif edirik?

Rəqabətli əmək haqqı (bilik və təcrübəyə uyğun olaraq),
Həftənin 5 günü iş rejimi (09:00 – 18:00, istirahət günləri: şənbə, bazar),
Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı,
Dostyana və dəstəkləyici iş mühiti.
İş yeri: Bakı, Azərbaycan

İş növü: Tam ştat (full-time)

Müraciət etmək üçün:

Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunsunuzsa, mövzu hissəsində “ASP.Net Proqramçı” yazaraq CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Mövcud proqram təminatlarını inkişaf etdirmək və yeni həllər yaratmaq istəyirsiniz? O zaman komandamıza qoşulun!