Aşpaz

İyul 3, 2025
Müraciət sonu: Avqust 2, 2025
İndi Müraciət Et

İş Təsviri

Qartal Tikinti Firması

İş şəraiti:

Əmək haqqı: 550 AZN Vergilər tutulduqdan sonra
İş yeri: Sumqayıt şəhəri, Çerkassi küçəsi 220, 50-ci məhəllə, Qartal Tikinti Firmasının İstehsalat sahəsindəki yeməkxanası
Tələblər:

Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olmalı;
İşində məsuliyyətli və ciddi olmalı;
Təmizliyə xüsusi diqqət yetirməlidir;
Ancaq Sumqayıt şəhərində yaşayanlar müraciət edə bilər.
İş haqqında məlumat:

Yalnız Qartal Tikinti Firmasının ofisində və istehsalat sahəsində işləyən işçilər üçün yemək hazırlayacaq. 10-15 nəfər baş ofis işçiləri üçün hazırlanan yemək Sumqayıt şəhəri, 48-ci məhəllədəki baş ofisin yemək otağına ayrı-ayrı qablarda göndərilir. Buradakı yemək otağının təmizlənməsi və yeməklərin paylanması aşbazların məsuliyyətində deyildir. Çirkli boşqablar aşbazların yuması üçün istehsalat sahəsinə qaytarılır.
İstehsalat sahəsində isə təqribən 25-30 nəfər üçün yemək hazırlanır və mətbəxin yanıda yerləşən yemək otağında işçilərə verilir. Boşqabların yuyulması və yemək zalının təmizlənməsi aşbazların məsuliyyətindədir.
Yeməkxanada 2 nəfər aşbazın işləməsi nəzərdə tutulur. Orta hesabla baş ofis və istehsalat sahəsinin işçiləri üçün gündəlik 40 nəfərlik yemək hazırlanır. İşçi sayı az olduqda hazırlanan yemək sayı 20-25 olur.
İstehsalat sahəsində saat 11:00-da və 16:00-da işçilər üçün çay fasiləsi nəzərdə tutulur. Çayın hazırlanması və işçilərə verilməsi aşbazların məsuliyyətindədir;
Aşbazlar növbəti gün üçün menyu tərtib etməli və tələb olunan ərzağın miqdarı barədə sifariş hazırlamalıdır. Ərzaqların alınmasını və təchiz edilməsini başqa əməkdaş yerinə yetirir;
Ərzaqlardan düzgün istifadə edilməli və ərzaq itkilərinə yol verilməməlidir;
Firma rəhbərliyi tərəfindən təyin edilmiş nizam və qaydalara riayət edilməlidir.
Ərzaq oğurluğu edən və yaxud təmizliyə riayət etməyən aşbaz dərhal işdən azad edilir.
İşçi üçün şərait:

İş saatı 09:00-17:00;
Aşbazlar öz bişirdiyi yeməkdən nahar edirlər . Aşbazların geyimi firma hesabına təmin edilir;
İstirahət günü – Bazar günləri və bayram günləri.
CV-nizi mövzu yerində “Aşpaz” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərsiniz.

Əlaqələndirici şəxs: Əhmədova Sehran

Telefon: +994 50 283 00 69