İş Təsviri
NBA Technologies International LLC
Namizədə dair tələblər:
Təhsil: Ali və ya Orta ixtisas;
Elektrik işlərindən nəzəri anlayışın olması;
Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri (Windows 7/10, Kompüterlər və onun komponentləri haqqında biliklər, Proqramların quraşdırılması, Əsas registr. Acronis 2019-2021 , Ghost32 , XFS – NDC)
Dil bilikləri: Azərbaycan dili səlis, İngilis, Rus və Türk dili;
Komandada işləmək, problem həll etmə, öyrənmə bacarıqları;
Şəxsi avtomobil və sürücülük vəsiqəsi olması mütləqdir;
Regionlara ezamiyyətlərə getmək imkanı olmalıdır.
Vəzifə öhdəlikləri:
ATM avadanlığına proqram təminatının quraşdırılması;
ATM avadanlığına fayl sisteminə dəyişikliklərin edilməsi, əsas reyestrinin qurulması;
ATM avadanlığının və digər özünəxidmət cihazlarının komponentlərinin yığılması, sökülməsi və təmiri;
Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.
İş şəraiti:
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza
Əmək haqqı: əmək haqqı + yanacaq xərci (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Əlavə məlumat: Proqram təminatı, avadanlıqların təmiri barədə məlumatlar və s. namizədə öyrədiləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “ATM üzrə kiçik mütəxəssis” adını qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.