İş Təsviri
Dore Group LLC
İş yeri: Bakı, Çinar plaza.
İşin təsviri
Təyin olunmuş planı və proqramı əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi;
Audit prosedurlarının həyata keçirilməsi (biznes proseslərin sahibləri ilə müsahibələrin keçirilməsi, audit obyektindən məlumatın toplanılması və təhlil edilməsi);
Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə prosedurların effektivliyinin yoxlanılması;
Sahə işində aparılmış təhlillər və müsahibələr üzrə yazılı iş sənədinin hazırlanılması;
Daxili nəzarət mühitinin qiymətləndirilməsinə aid tapşırıqların yerinə yetirilməsi;
Audit layihəsi üzrə hesabatın hazırlanmasında şöbə rəhbərinə dəstək göstərilməsi;
Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə aid rəy verilməsi;
Korporativ idarəetmənin və daxili nəzarət mühitinin qiymətləndirilməsilə bağlı testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;
Şirkətdə risk idarəedilməsinin inkişafına aid təkliflərin irəli sürülməsi, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy bildirilməsi;
Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq hadisələrinin araşdırılmasında şöbə adından iştirak edilməsi və risklərinin qiymətləndirilməsinin aparılması;
Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
Bütün növ iş sənədlərinin qorunub saxlanılması;
Namizədə tələblər:
Yaş: 25-35
Şəxsi nəqliyyat vasitəsinin olması
Maliyyə, mühasibatlıq, audit üzrə Ali təhsil
Daxili audit, risklərin idarə edilməsi və ya daxili nəzarət işində ən azı 2 il iş təcrübəsi;
Audit metodologiyaları və daxili nəzarət işləri üzrə biliklər;
Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə bilmək)
MİCRO proqramı (sərbərst istifadəçisi);
İşə dürüst və məsuliyyətli yanaşmaq;
Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf;
Anbar və satış proses və prosedurlarından məlumatlı olmaq
Ezamlara hazır olmaq;
İş şəraiti:
Rəqabətli əmək haqqı
İş qrafiki həftə içi 5 gün (09:00-18:00)
Amartizasiya, yanacaq və mobil xərclər şirkət tərəfindən qarşılanır.