AutoCAD proqramı üzrə mütəxəssis

İyun 13, 2025
Müraciət sonu: İyul 12, 2025
İndi Müraciət Et

İş Təsviri

Azera Holding

Vəzifə öhdəlikləri:

AutoCAD proqramında texniki çertyoj və planların hazırlanması;
Mövcud layihələrə düzəlişlərin və yenilənmələrin edilməsi;
Memar və mühəndislərin verdiyi tapşırıqlara əsasən rəsmi sənədlərin tərtibi;
Layihə çertyojlarının normativ sənədlərə uyğun hazırlanması;
Müxtəlif layihə mərhələlərində texniki komanda ilə koordinasiyalı işləmək;
Sənədlərin düzgün arxivləşdirilməsi və saxlanılması
Tələblər:

Texniki və ya mühəndislik sahəsində orta ixtisas və ya ali təhsil
AutoCAD proqramında sərbəst işləmək bacarığı
Oxunaqlı, dəqiq və normativlərə uyğun çertyoj hazırlamaq bacarığı
MS Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel və Word)
Diqqətli, məsuliyyətli və komanda ilə işləmə bacarığı
Müvafiq sahədə minimum 1 il təcrübə üstünlükdür
İş şərtləri:

ƏM-nə uyğun rəsmiləşdirilmə
5 günlük iş qrafiki
Əmək haqqı 800 AZN (nett)