İş Təsviri
Investel Group MMC
Ünvan: Abşeron rayonu, Hökməli qəs.
Tələblər:
Müvafiq sahədə peşə təhsili və sertifikat
Təcrübə minimum 1-2 il
Elektrik və mexanika üzrə biliklər
Paketləmə maşınlarının texniki xüsusiyyətlərini və iş prinsipini bilmək:
Vəzifə öhdəlikləri:
Paketləmə maşınlarının düzgün şəkildə quraşdırılması, tənzimlənməsi və işə salınması. İstehsal ediləcək məhsulun həcminə görə maşının uyğun şəkildə tənzimlənməsini təmin etmək.
Paketləmə maşınlarının müntəzəm baxımını həyata keçirmək.Hər hansı bir nasazlıq halında tez bir zamanda müdaxilə edib və maşını təmir etmek.
İstehsal prosesinin izlənilməsi, paketləmə zamanı maşınların düzgün işlədiyindən əmin olmaq. İstehsal prosesinin səmərəli və fasiləsiz şəkildə irəliləməsini təmin etmək.
Paketləmə zamanı məhsulların keyfiyyət standartlarına uyğun olub-olmadığını yoxlamaq. İstehsal prosesində baş verə biləcək xətaları müəyyən edib düzəltmək.
Maşının təhlükəsiz şəkildə işləməsini təmin etmək. İş sahəsində təhlükəsizlik prosedurlarına uyğun olaraq hərəkət etmək və digər işçilərin də bu prosedurlara əməl etməsini təmin etmək.
İş şəraiti:
Iş vaxtı:09:00-18:00
İş yeri: Bakı şəhəri, Abşeron rayonu, Hökməli, Atyalı
Əmək haqqı: 1000 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.