AVTOMATİK QAPI VƏ İDARƏETMƏ SİSTEMLƏRİ ÜZRƏ TEXNİK

May 22, 2025
AZN800 - AZN1000
Vaxtı bitib.

İş Təsviri

General Construction LLC

İş barədə məlumat
– Fotosel sistemli avtomatik qapılar, jalüzlər, panel tipli qaraj qapıları, darvaza motorları və şlaqbaumların quraşdırılması, sazlanması və texniki xidməti
– Elektrik montaj işləri, avtomatika sistemlərinin sxemlərinin oxunması və tətbiqi
– Mexaniki və elektrik nasazlıqların operativ diaqnostikası və yerində aradan qaldırılması bacarığı
– Texniki xidmət və profilaktik baxışların aparılması.
– Ezamiyyətlərə çıxmaq imkanının olması (ölkədaxili obyektlər üzrə)
– Korporativ nömrə ilə təmin olunma
– Stabil və uzunmüddətli iş imkanı
– İş günləri: I–VI günlər, saat 09:00-dan – 18:00-dək (Bazar günü istirahət).

Namizədə tələblər
– Yaş aralığı: 25–35
– Təhsil: orta texniki təhsil (elektrik üzrə ixtisaslı namizədlərə üstünlük verilir)
– Tikinti və mühəndislik sahəsində ümumi təcrübə
– Avtomatik qapı sistemləri üzrə minimum 3–5 il iş təcrübəsi
– Texniki işlərin planlaşdırılması və icrasını təşkil etmə bacarığı
– Avtomatika və elektrik montaj işlərində peşəkar bacarıq
– Elektrik sxemlərinin oxunması və tətbiqi üzrə bilik
– Elektrik və mexaniki əl alətləri (drel, perforator, qaynaq apparatı və s.) ilə sərbəst işləmə bacarığı
– Operativ düşünmə və texniki problemləri yerində həll etmə qabiliyyəti
– Gərgin və dəyişkən iş şəraitində işləmək bacarığı (stressə davamlılıq)
– “BC” kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir
– Yüksək səviyyədə məsuliyyət, dürüstlük, dəqiqlik və komandada işləmə bacarığı.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Avtomatik Qapı Sistemləri üzrə Texnik” qeyd edərək hr@generalconstruction.az elektron ünvanına və ya qeyd olunan nömrənin Whatsappına CV-ni göndərə bilərlər.
Tələblərimizə cavab verməyən CV-ni bizə göndərməməyiniz xahiş olunur.