Avtomatika mühəndisi

İyun 11, 2025
Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Ensol

Vəzifə öhdəlikləri:

Proseslərin avtomatlaşdırılması üçün sensorlar, aktuatorlar, PLC, SCADA, HMI və digər avadanlıqların layihələndirilməsi və seçilməsi.
Sxemlərin və texniki cizgilərin (elektrik, pnevmatik, idarəetmə) hazırlanması.
İdarəetmə alqoritmlərinin qurulması və proqramlaşdırılması (PLC kodlaşdırma: Siemens, Schneider, Omron və s.).
PLC proqramlarının yazılması, test olunması və istismara verilməsi.
SCADA və HMI interfeyslərinin hazırlanması və qrafik dizaynların qurulması.
Avtomatlaşdırma sistemlərinin montajına nəzarət və quraşdırma sxeminə uyğunluğunun yoxlanması.
Sensorların, siqnal kabellərinin, çıxış cihazlarının düzgün işləməsinin yoxlanılması.
İdarəetmə sistemlərinin ilk işə salınması (commissioning) və sistem sınaqları.
Quraşdırma və proqram təminatı ilə bağlı as-built sənədlərin hazırlanması.
Layihə üzrə sifarişçi və podratçılarla texniki yazışmaların aparılması.
Tələblər:

Mühəndislik üzrə ali təhsil;
Avtomatika sistemləri üzrə ən azı 5 il iş təcrübəsi;
Avtomatika normativləri və qaydaları haqqında dərin biliklər;
AutoCAD, MS Office və digər müvafiq proqramlardan istifadə bacarığı;
Əlavə məlumat:

Nahar ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
6 günlük iş qrafiki
İş yeri Zığ qəsəbəsi