Avtomatika üzrə mütəxəssis

İyun 2, 2025
Müraciət sonu: İyul 1, 2025
İndi Müraciət Et

İş Təsviri

ATS Food

Vəzifə öhdəliyi:

Avtomatlaşdırılmış istehsal prosesləri sahəsində istifadə olunan PLC-lər ilə iş qabiliyəti və təcrübəsinin olması;
PLC proqramlaşdırma dillərinin birində proqram yazma bacarığının olması;
Sənaye və istehsalda avtomatikada istifadə olunan xəbərləşmə protokolları və onların iş prinsipi haqqında anlayışa sahib olması;
İnvertorların iş prinsipini bilməsi və proqramlaşdırması, bir növ invertorun digəri ilə əvəz olunmasının həyata keçirilməsi;
Bütün növ sahə ölçmə sensorlarını tanıması və iş prinsipini bilməsi;
Nəzarət ölçü cihazlarının kolibrasiyasının edilməsi;
Paketləmə maşınları ilə iş praktikasının olması;
Qazanxana və kompressor sahəsində iş təcrübəsi, buxar qazanlarının iş prinsipini bilməsi, kompressorlarla işləmək bacarığı;
Pnevmatika sahəsində biliklərin olması, klapan silindir və s. pnevmatik qurğuların iş prinsipini bilməsi;
Elektrik cizgilərinin oxunması, motorların klassik idarəetmə sxemlərini bilməsi.
Namizədə tələblər:

Analitik və məntiqi düşüncə;
Problemləri həll etmə bacarığı;
Elektrik təchizatı sxemləri üzrə bilik;
İdarə sxemlərini üzrə bilik;
Texniki təhlükəsizlik qaydaları üzrə bilik;
Tezlik çeviriciləri ilə təcrübə;
Montaj və demontaj qaydalarını üzrə bilik;
Alətlərdən istifadə qaydaları üzrə bilik;
Elektrotexnikanın nəzəri əsasları üzrə bilik;
Proqramlaşdırma texnikası ilə tanışlıq;
Plataların təmiri üsulları üzrə təcrübəsi olması arzuolunandır.
İş şəraiti:

5 günlük iş qrafiki
İş saatı: 09:00-18:00
Əmək haqqı: 1236 AZN Net
İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz:

Rəsmi əmək haqqı
Nahar ilə təmin edilmə
Könüllü tibbi sığorta
Korporativ nömrə və danışıq limiti
Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi