İş Təsviri
Efendiler Group
Vəzifə öhdəlikləri:
Servis mərkəzinin gündəlik işinin planlanması və tənzimlənməsi;
Servis mərkəzinə daxil olan müştərilərin qarşılanması və avtomobildə təmir işinin təşkil olunması;
Avtomobillərə texniki baxış, diaqnostika və təmir işlərinin düzgün icrasına nəzarət;
Müştəri razılığını artırmaq üçün xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmək;
Texniki heyətin iş bölgüsünü müəyyənləşdirmək və nəzarət etmək;
İşlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
Müştərilərdən daxil olan şikayət və təkliflərin vaxtında cavablandırılmasını təmin etmək;
Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
İşlərin uçotu, ehtiyat hissələrinin idarə olunması və servis proqramlarının istifadəsi;
Avtomobil istehsalçıları (zavodlar), rəsmi distribyutorlar və təchizatçılarla mütəmadi yazışma və operativ əlaqə qurmaq;
Zavodlara zəmanət, texniki dəstək və servis kampaniyaları ilə bağlı müraciətlərin hazırlanması və izlənilməsi;
Servis işləri üçün tələb olunan ehtiyat hissələrin vaxtında sifariş edilməsini təmin etmək;
Anbarla birgə çalışaraq stokun idarə olunması, kritik ehtiyatların nəzarətdə saxlanılması;
Təchizatçılarla qiymət, keyfiyyət və çatdırılma müddətlərinə dair danışıqların aparılması;
Texniki sənədlərin və normativlərin tələblərinə uyğunluğun təmin olunması;
Servis mərkəzi daxilində nizam-intizam qaydalarına və korporativ üsluba riayət olunmasına nəzarət etmək
Namizədə tələblər:
Ali təhsil
Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi olan bəylər;
Müasir avtomobillərin quruluşu və servis texnologiyalarını bilməli;
Diaqnostika avadanlıqları və servis proqramları (1C və s.) ilə işləmə bacarığı;
Servis işlərinin planlaşdırılması, ehtiyat hissələrin dövriyyəsi və təchizat zəncirinin təşkili üzrə biliklər.
Azərbaycan dili – əla səviyyədə, Rus və İngilis dilləri – yaxşı səviyyədə;
MS Office proqramları (Excel, Word, Outlook və s.);
Məsuliyyətli, liderlik və komanda idarəetmə bacarığı;
Analitik düşünmə və problemləri operativ həll etmə qabiliyyəti;
Müştəriyönümlü yanaşma və peşəkar ünsiyyət bacarığı;
İş şərtləri:
Həftədə 6 iş günü
İş yeri: Babək pr.35
Əmək haqqı: net 2500-3000 azn
Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə