İş Təsviri
MKT İstehsalat Kommersiya MMC
Vəzifə öhdəlikləri:
Qısa idxal(QİB) və gömrük bəyannamələrinin (GB) tərtib edilməsi (idxal, ixrac, müvəqqəti idxal, müvəqqəti ixrac, daxildə və xaricdə emal vəs.);
Təqdim olunan sənədlər əsasında CMR, digər mal-müşaiyət sənədlərinin hazırlanması;
Rəhbərliyin tapşırıqlarını vaxdında və dəqiq icra etmək;
Hesabatlılıq;
Müəssisənin təlimat, qayda, intizam kodekslərinə riayyət etmək;
Gömrük rüsumlarının əvvəlcədən hesablanması.
Namizədə tələblər:
Ali təhsil və Gömrük qanunvericiliyi üzrə biliklərə sahib olması;
Gömrük bəyannamələrinin doldurulması üzrə 2- 3 il iş təcrübəsi;
Microsoft Office proqramlarından Excel və Word-də sərbəst işləmək bacarığı;
Sifarişçilərə aid kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli;
Bəyan ediləsi mallarla bağlı XİF ƏN kodlarınının müəyyən edilməsi üçün araşdırma apara bilməsi;
Dəqiqlik, diqqət və sənədlərlə düzgün işləmə bacarığı;
Ünsiyyətcil, işgüzar, çevik və kollektivdə işləmək qabiliyyətinin olması;
Punktuallıq və detallara diqqət etmə bacarığı;
Analitik düşünmə və təhlil etmə qabiliyyəti.
Vakansiya haqqında:
Vakansiya növü Tam ştat