İş Təsviri
Zəfər Bağları
“Bağçılıq üzrə təcrübə proqramı”
Təcrübə müddəti – 6 ay (Təcrübə müddətini uğurla keçən təcrübəçilər şirkətin vakansiyalarında dəyərləndiriləcəkdir)
Namizədə dair tələblər:
Texniki bacarıqlar
Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı)
Microsoft Office proqramları istifadəsi
1C proqram təminatı istifadəsi
Yumşaq bacarıqlar
Məsuliyyətlilik
Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
Operativlik
Dəqiq və diqqətcil
Nəticəyönümlülük
Analiz etmə və problemləri həll etmə bacarığı
Xüsusi tələblər:
Ali təhsil (Aqronomiya üzrə)
Əsas icra edəcəyi vəzifələr:
Şöbənin aparıcı aqronom heyəti tərəfindən gündəlik işlərin qeydiyyata alınması
Sifariş olunan mal-materialların alış prosesinin izlənməsi və sifarişçiyə məlumatın verilməsi
Bağçılıq şöbəsinə lazım olan mal-materialların anbardan çıxarılması işinin aparılması
Şöbənin əməkdaşları ilə bağlı davamiyyət, icazə, avans, məzuniyyət sənədlərinin hazırlanaraq aidiyyəti şöbəyə təqdim edilməsində dəstək;
Sahə ilə bağlı məlumatların izlənilməsi və yoxlanması işində şöbənin aqronom heyətinə köməkliyin göstərilməsi
Bağçılıq şöbəsinin əməkdaşlarının tələb etdiyi mal-material adlarının qeydiyyatının aparılması tələbnamələrin hazırlanması və 1C proqramına işlənilməsinə dəstək
Əkin sahələrində sahə aqronomu ilə birgə daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlanmasında sahə aqronomuna kömək edir
Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir
Sahədə keyfiyyətsiz görülən işləri rəsmiləşdirilməsini aparır və sahə aqronomuna təqdim etmək üçün hesabatları hazırlayır
Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsində iştirak edir
İş şərtləri:
İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
Nahar şirkət tərəfindən təmin edilir
Bərdə və ya Xankəndi şəhərində yaşayış yeri ilə təmin edilir
İş yeri: Ağdam rayonu
Minimum əmək haqqı
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.