Balıqşünas Köməkçisi

Müraciət sonu: Avqust 14, 2025
İndi Müraciət Et

İş Təsviri

Azerbaijan Sturgeon House MMC

Vəzifə öhdəlikləri:

Balıqların daşınması və digər istehsalat proseslərində və hazırlıq işlərində iştirak;
Törədici balıqlara inyeksiya prosesində köməklik göstərmək;
Balıqların normativə uyğun şəkildə yemlənməsində iştirak;
Əmtəə çəkisinə çatmış balıqların ovlanması və satış üçün hazırlanmasında iştirak;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:

İş təcrübəsi tələb olunmur;
Ali təhsil arzuolunandır, lakin əsas şərt deyil. Orta məktəbdə təhsil nəticələri yaxşı olmalı;
Microsoft Office proqramlarını bilmək və ya qısa müddətdə öyrənə bilmək bacarığı;
Azərbaycan dilində danışıq və yazı qabiliyyəti, digər dillər arzuolunandır;
Məsuliyyətli, öyrənməyə meylli və fiziki cəhətdən aktiv olmaq;
Namizədlər: Yevlax və Mingəçevir şəhərlərində yaşayan şəxslər.
İş şəraiti:

İş qrafiki: 6 günlük iş rejimi;
İş yeri: Mingəçevir şəhəri;
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
İşə dair praktiki təlim və dəstək veriləcək.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.