Banket menecerinin asisstenti

İyun 18, 2025
Müraciət sonu: İyul 17, 2025
İndi Müraciət Et

İş Təsviri

AZSERVİS MMC

İş şəraiti:

İş yeri ünvanı: Bakı şəh., Səbail ray., Nizami küç. 90A
İş qrafiki: Tam iş günü / Növbəli iş qrafiki
Əmək haqqı: Razılaşma yolu ilə
Banket menecerinin asisstentinin vəzifə öhdəlikləri:

Banket menecerinə gündəlik işlərdə kömək etmək;
Müştərilərlə ilkin əlaqə qurmaq və onların tələblərini qeyd etmək;
Banketlərin təşkili prosesində iştirak etmək (menyu seçimi, dekorasiya, masa düzümü və s.);
Tədbirlərin əvvəlindən sonunadək nəzarətdə olmaq və operativ dəstək göstərmək;
Təchizatçılar və digər daxili komandalarla koordinasiyalı işləmək;
Gələcək tədbirlərlə bağlı sənədləşmə və hesabatların hazırlanmasında iştirak etmək;
Müştəri məmnuniyyətini təmin etmək və rəy toplamaqda menecerə yardımçı olmaq.
Tələblər:

İş təcrübəsi 2-3 il arzuolunandır;
Gülərüz, məsuliyyətli və kollektivlə işləmə bacarığı olan;
Azərbaycan dilində səlis danışıq bacarığı (rus və ingilis dili bilikləri vacibdir);
Səliqəli və baxımlı görünüş;
Kompüter bilikləri (MS Office, Outlook və s.).
Biz təklif edirik:

Peşəkar və dinamik iş mühiti;
Təcrübə qazanmaq və inkişaf etmək imkanı;
Stabil əmək haqqı və bonus sistemi;
Rəsmi əmək müqaviləsi ilə işə qəbul.
Əlaqə:
Zəhmət olmasa CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.