İş Təsviri
Qala Həyat Sığorta
Vakansiya: Banklar və Partnyorlarla iş şöbəsi – Aparıcı/Baş mütəxəssis
Şirkət: “Qala Həyat” Sığorta Şirkəti ASC
Şöbə: Bank və Partnyorlarla İş Şöbəsi
Vəzifə öhdəlikləri:
Bank və digər partnyorlarla münasibətlərin qurulması, idarə olunması və inkişaf etdirilməsi;
Bank əməkdaşları ilə görüşlərin təşkil olunması, həyat sığorta məhsullarının tanıdılması;
Bank əməkdaşlarının satış bacarıqlarının artırılması üçün təlimlərin təşkil olunması;
Satış planlarının icrasına nail olunması;
Mütəmadi hesabatlığın təmin olunması.
Tələblər:
Ali təhsil (iqtisadiyyat, maliyyə, idarəetmə sahələri üstünlükdür);
Bank, Sığorta sektorunda satış, partnyor əlaqələri sahəsində azı 2 il iş təcrübəsi;
Satış və danışıq bacarıqları;
Təqdimat bacarığı, mükəmməl ünsiyyət qabiliyyəti;
Komanda İşində iş bacarığı;
Yüksək motivasiya, nəticəyə fokuslanma.
Analitik düşüncə, nəticə yönümlü yanaşma və təşəbbüskarlıq bacarığı;
Üstünlük sayılacaq:
Həyat sığorta məhsulları və digər sığorta sahələrində iş təcrübəsi;
Bank sektorunda təlim proqramlarının hazırlanması və keçirilməsi təcrübəsi;
Satış komandasının idarə edilməsi, motivasiya və inkişafı üzrə uğurlu təcrübə;
Maliyyə, bank və sığorta sahəsində beynəlxalq və yerli sertifikatlara sahib olmaq;
Rus və ingilis dillərində ünsiyyət və yazı bacarıqları.
İş şərtləri:
İş qrafiki: 09:00 – 18:00
Şirkət tərəfindən korporativ nömrə təmin olunur;
Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur;
Əmək haqqı: Müsahibə əsnasında (+bonus sistemi).
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
Əlaqə vasitələri: www.qala.az; (012) 404 77 74
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “Banklar və Partnyorlarla İş Şöbəsi – Aparıcı/Baş mütəxəssis” qeyd etməklə göndərə bilərlər.