İş Təsviri
EAS CATERING MMC
EAS CATERING MMC” Baş aşpaz vəzifəsi üzrə vakansiya elan edir.
İş şəraiti
İş rejimi- -həftə içi 5 gün ,07:00 -16:00
İşə qəbul: Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun sənədləşmə.
Əmək haqqı – 2000 AZN
Nahar şirkət tərəfindən verilir.
Çay fasiləsinə çıxılma olur.
Uniforma şirkət tərəfindən verilir.
Ünvan: Avropa Azərbaycan məktəbi (Elmlər) Həsən Məcidov Küçəsi 7C, Bakı 1065
Namizədə Tələblər
Mətbəxdaxili qaydalara riayət etməli;
Avadanlıqlarda iş qaydalarına riayət etmək və bütün iş günü ərzində lazımi təmizlikdə saxlamaq;
Menyuya daxil olan əsas yeməklərin hazırlanması, texnoloji prosesə ciddi riayət etməklə və müəyyən edilmiş reseptlər üzrə bişirilməsi;
Dietik yeməklərin, eləcə də çətin emal tələb edən yeməklərin və kulinariya məmulatlarının hazırlanması texnologiyasını bilməli;
Müxtəlif qida məhsullarının xarakteristikasını və onların bioloji əhəmiyyətini, çay, yarımfabrikat məhsullarının saxlanılma və istifadə olunma müddətlərini; uşaqlar üçün məhsulların kulinar emalının aparılması xüsusiyyətlərini bilməli;
İstifadə olunan mexaniki, istilik, çəki-ölçü, soyuducu və digər avadanlığın quruluşunu və iş prinsipini, onların istismar olunması və onlara xidmət qaydalarını; qida blokunun saxlanılmasının sanitar-qaydalarını; şəxsi gigiyena qaydalarını; yeməkdən zəhərlənmə hallarının qarşısının alınması tədbirlərini; uşaqlara xörəklərin paylanması qaydalarını bilməli;
Kollektivdə işləmək bacarığı olmalı;
Səliqəli və məsuliyyətli olmalı;
Diqqətcil, məsuliyyətli olmalı;