İş Təsviri
ATS Food
Vəzifə öhdəliyi:
Menyu planlamasını həyata keçirmək və yeniliklər təklif etmək.
Yeməklərin texnoloji xəritəyə uyğun hazırlanmasını təmin etmək,
Məhsulların keyfiyyətli və vaxtında sifarişi və onların düzgün saxlanılmasına nəzarət etmək.
Aşpaz və köməkçi heyətin işini təşkil və koordinasiya etmək.
Təmizlik, sanitariya və təhlükəsizlik qaydalarının yerinə yetirilməsini təmin etmək.
Tullantıların düzgün idarə olunması və gigiyenik standartlara uyğun işlənməsi.
Qida israfının və keyfiyyətsiz məhsul istifadəsinin qarşısını almaq.
Yeni yeməklərin hazırlanması üzrə təkliflər vermək və kulinariya innovasiyalarını tətbiq etmək.
Qida məhsullarının normativ sərfinə və itkisiz istifadəsini təmin etmək.
Keyfiyyət və dad baxımından təqdim olunan yeməklərin standartlara uyğunluğunu təmin etmək.
Qida məhsullarının düzgün saxlanma şəraitinə və müddətinə nəzarət etmək.
Qida xərclərinin nəzarətdə saxlanılması, büdcə çərçivəsində işləmək və səmərəli maliyyə idarəçiliyinin təşkili.
Mətbəx avadanlıqlarının düzgün və təhlükəsiz istifadəsinə nəzarət etmək, texniki nasazlıqlar barədə rəhbərliyə vaxtında məlumat vermək.
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün şəkildə yerinə yetirilməsi
Namizədə tələblər:
Təhsil:Müvafiq sahə üzrə peşə təhsili
Müvafiq sahəs üzrə 3 il təcrübə
Dil biliyi: Azərbaycan dili (əla)
Beynəlxalq və milli mətbəxi peşəkar səviyyədə bilməli
İş qrafiki:
5 günlük iş qrafiki
İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz:
Nahar ilə təmin edilmə
Könüllü tibbi sığorta
Korporativ nömrə və danışıq limiti
Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Baş aşpaz” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər