İş Təsviri
MPAY QSC
Vəzifə öhdəlikləri
Veb/mobil platformanın fəaliyyəti üçün müvafiq kodlaşdırmanın həyata keçirilməsi və platformanın fəaliyyəti dövründə çıxan xətaların aradan qaldırılması;
Növbəti istifadə üçün təkrar istifadə oluna bilən kodlardan və kitabxanalardan istifadə edilməsi;
Yeni texnologiyaların tətbiq edilməsi;
Platformanın sabitliyinin təmin edilməsi və funksional imkanların əlavə edilməsi üzrə komandanın digər üzvləri ilə aktiv müzakirələrdə iştirak etmə;
Komandaya yeni qoşulan həmkarlara dəstək olma, ehtiyac yaranarsa komanda daxilində müvafiq təlimlərin aparılması
Vəzifəyə olan tələblər:
5+ illik Java/J2EE proqramlaşdırma təcrübəsi;
Java və OOP dizayn prinsipləri bilikləri;
Spring Boot üzrə iş təcrübəsi;
RESTful API backend inteqrasiyası üzrə iş təcrübəsi;
Mikroservice arxitekturası, web servislər üzrə iş təcrübəsi;
Mesaj Brokerlərlə işləmə təcrübəsi (Kafka, RabbitMQ);
Proqramlaşdırma problemlərini araşdırmaq və həll etmək bacarığı;
PostgreSQL üzrə biliklər
Riyazi alqoritmlər və müasir DevOps üzrə bilik və bacarığı.
İş şəraiti:
Ofis daxili;
İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Tibbi sığorta təminatının verilməsi;
Nahar yeməyinin təmin olunması;
“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, Müraciət et düyməsində qeyd olunan linkə daxil olub, CV-nizi yönləndirəsiniz: