İş Təsviri
ATS Food
Vəzifə öhdəliyi:
Elektrik kabellərinin, maşınlarının, elektrik cihazlarının sınaqdan keçirilməsini, təmirini, montajını, elektrik sxemləri üzrə işlərin görülməsini, nasazlıqların aradan qaldırılmasını, layihələndirmənin həyata keçirilməsini təmin etmək;
Müəssisədəki avadanlıq, qurğu və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək;
Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını nəzərə alaraq işi təşkil etmək;
Müəssisədə çalışan elektriklərin və montyorların gördüyü işlərə nəzarət etmək;
Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərini həyata keçirmək;
Texniki cəhətdən enerji və ekoloji avadanlıqların və enerji sistemlərinin təmirini, normal işini təşkil edir, fasiləsiz elektrik enerjisi verilişinə, qənaət rejimi, rasional xərcləmələrə nəzarət etmək;
Enerji verilişinin təşkili və planlaşdırılmasını, emalatxanalar və təsərrüfatlar, təmir cədvəllərinin hazırlanması, avadanlıq və enerji şəbəkələrini, istehsal və istehlak planlarını, yanacağ emalını, enerji istehlak dərəcələri və istehlak rejimlərini idarə etmək;
Proqramların hazırlanmasını və onlar üçün lazımi hesablamaları, elektrik avadanlığı, materialları, ehtiyat hissələri,elektrik enerjisi və əlaqə müəssisəsinə əlavə güc, inkişaf,enerji istehlakını azaltmaq, yeni bir tətbiq təqdim etməklə,daha etibarlı, iqtisadi səmərəli və daha təhlükəsiz əməliyyat aparmaq üçün texnologiya, eləcə də əmək məhsuldarlığını artırmağı təmin etmək.
Namizədə tələblər:
Analitik və məntiqi düşüncə;
Problemləri həll etmə bacarığı;
Təhsil: Ali (Texniki sahə üzrə)
İstehsalat sahəsi üzrə 5 il təcrübə
Dil biliyi: Azərbaycan dili (əla), Rus dili (yaxşı) və ingilis dili (yaxşı) arzuolunandır.
İş qrafiki:
5 günlük iş qrafiki
İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz:
Rəsmi əmək haqqı
Nahar ilə təmin edilmə
Könüllü tibbi sığorta
Korporativ nömrə və danışıq limiti
Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Baş energetik” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər