İş Təsviri
Sirab Satış və Dağıtım MMC
Əsas tələblər:
Minimum 10 illik rəhbərlik təcrübəsi (tercihen Baş Koordinator və ya Əməliyyat Rəhbəri kimi);
FMCG, istehsalat, distribusiya və ya pərakəndə sahələrində təcrübə üstünlükdür;
Dil bilikləri: Azərbaycan dili (ingilis dili arzuolunandır)
Ali təhsil (MBA və ya əlaqəli sahələrdə magistr təhsili üstünlükdür).
Tələb olunan səriştələr:
Strateji idarəetmə və əməliyyatların planlaşdırılması üzrə dərin bilik;
KPI əsaslı performans ölçmə və izləmə sistemləri qurmaq bacarığı;
ERP, CRM və idarəetmə sistemləri ilə təcrübə (SAP, Oracle, Zoho və ya digər);
Analitik hesabatların hazırlanması və vizual təqdimat bacarığı (Excel, Power BI, Tableau və s.);
Maliyyə göstəricilərinin şərhi və departamentlərarası büdcə koordinasiyası üzrə bilik;
Layihə idarəetmə metodologiyalarında (Agile, PMP, Lean) təcrübə.
Liderlik və Komanda İdarəetməsi: Müxtəlif komandaları eyni məqsədə yönəldə bilən, ilhamverici liderlik yanaşması;
Çevik Qərarvermə: Çətin və təzyiq altında olan situasiyalarda tez və effektiv qərar alma bacarığı;
Əlaqə və Təsir: Yuxarı rəhbərlik, departament rəhbərləri və əməliyyat komandaları ilə konstruktiv və strateji ünsiyyət qurma bacarığı;
Nəticə Fokuslu Yanaşma: Prosesləri yalnız idarə etməklə kifayətlənməyib, nəticəyə fokuslanan və icra yönümlü düşüncə tərzi;
Təşəbbüskarlıq və İnsiyativ: Problemləri öncədən hiss etmək və müdaxilə etməkdə proaktiv yanaşma;
Etibar və Etik Yanaşma: Məlumatların konfidensiallığına və etik qərarverməyə yüksək səviyyədə sadiqlik.
İş barədə:
CEO və İdarə Heyətinin qəbul etdiyi qərarların icrasını təmin etmək və proseslərə nəzarət etmək;
Satış, Marketinq, Logistika, İstehsalat, Maliyyə, İnsan Resursları və digər əsas bölmələr arasında koordinasiyanı təmin etmək;
Proseslərin səmərəliliyini artırmaq üçün təkmilləşdirmə strategiyalarını hazırlamaq və tətbiq etmək;
KPI-lar əsasında performansın idarə edilməsini təşkil və təqib etmək;
Tapşırıqların vaxtında və keyfiyyətlə icrasını izləmək, gecikmə hallarında operativ müdaxilə etmək;
Komandaların hesabatlılığını təmin etmək və İcraçı rəhbərliyə detallı analitik hesabatlar təqdim etmək;
Daxili əməkdaşlıq mədəniyyətini və təşkilati motivasiyanı gücləndirəcək liderlik davranışları nümayiş etdirmək.
İş şəraiti:
5 günlük iş rejimi; saat 09:00/18:00
Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:
Korporativ telefon nömrəsi və danışıq paketi;
Əmək haqqı razılaşma yolu ilə
Nahar şirkət tərəfindən təmin olunur
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)