Baş iqtisadçı / Baş mütəxəssis

Müraciət sonu: Avqust 6, 2025
İndi Müraciət Et

İş Təsviri

Binagadi Oil Company

Namizədin seçilməsi üzrə müraciət

Struktur bölmə:

Maliyyə-iqtisadiyyat şöbəsi
Vakansiyanın yaranma səbəbi:

Struktur bölmənin yenidən təşkili
Hesabatlılıq:

Maliyyə üzrə baş direktor müavininə tabe olur
Tabeliyində olan işçilər:

2 iqtisadçı
İş qrafiki:

Tam ştat — həftədə 5 iş günü, maksimum 40 saat
İş yeri:

Bakı şəhəri, Binəqədi qəsəbəsi
Ezamiyyətlər:

Nəzərdə tutulmur
Sınaq müddəti:

Minimum 3 ay
Namizədə tələblər:

Təhsil:

Ali iqtisadi təhsil
Beynəlxalq maliyyə sertifikatlarına malik olmaq,təkmilləşdirmə kursları və s. proqramlarda iştirakı üstüstünlükdür;
İş təcrübəsi:

Oxşar vəzifədə 3-5 il iş təcrübəsi
Funksional vəzifələr:

Büdcələşdirmə və konsolidasiya (PDVB, PDƏ, satınalma planı və s.);
Təsdiq olunmuş büdcə çərçivəsində müxtəlif ssenarilər üzrə proqnozlaşdırma;
Maliyyə planlaşdırması və modelləşdirmə, uzunmüddətli planlaşdırma modellərinin hazırlanması;
Büdcə çərçivəsində xərclərin və qiymətlərin nəzarətdə saxlanması;
Büdcənin icrası üzrə kuratorlarla iş;
Xərclərin optimallaşdırılması tədbirlərinin hazırlanması;
İqtisadi təhlil aparılması;
Layihələr üzrə xərclərin kalkulyasiyası;
Hesabat dövrlərinin sonunda və xüsusi hallarda hesabatların və təqdimatların hazırlanması.
Aylıq və illik maliyyə analizlərinin hazırlanması;
Rəhbərliyə analitik hesabatların təqdim etmə bacarığı;
Dil bilikləri:

Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı.
Biz nə təklif edirik:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00 (həftədə 5 gün);
Servis xidməti mövcuddur;
Peşəkar inkişaf imkanı.
Mühasibat proqramları üzrə biliklər:

Info Sun Systems və ya digər oxşar uçot sistemlərində işləmək bacarığı
Peşəkar bacarıqlar:

Əla səviyyədə:

MS Excel
MS Word
MS PowerPoint
Yaxşı səviyyədə:

MS Outlook
Peşə ilə bağlı digər proqramlar
Kompüter bacarıqları:

Kompüterdə sərbəst istifadə bacarığı
Power BI biliyi və Dashboard (göstərici panellər) hazırlamaq bacarığı üstünlükdür
Peşəkar kompetensiyalar:

Böyük həcmli məlumatları analiz etmək, sistemləşdirmək, qanunauyğunluqları aşkar etmək və nəticə çıxarmaq bacarığı;
Eyni vaxtda bir neçə layihə və tapşırığın icrasında prioritetləri müəyyənləşdirmək bacarığı;
Layihələrin və hesabatların vaxtında yerinə yetirilməsini izləmək və tapşırıqları düzgün bölüşdürmək bacarığı;
Kollektivə rəhbərlik etmək və iş bölgüsünü düzgün aparmaq bacarığı.
Şəxsi keyfiyyətlər:

Ünsiyyətcil
Məsuliyyətli
Analitik düşüncə tərzi
Rəqəmlərlə işləyərkən detallara diqqət və dəqiqlik
Peşəkar bacarıqlarına inam
Qərar qəbul etmək və bu qərarların risklərini qiymətləndirmək bacarığı
Komandada işləmə bacarığı
Yeni layihələrin həyata keçirilməsində yaradıcılıq və təşəbbüskarlıq
Stressə davamlılıq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Zəhmət olmasa, yalnız tələb olunan meyarlara uyğun gələn namizədlər öz CV-lərini təqdim etsinlər.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.