İş Təsviri
Prior Leasing
Namizədə olan tələblər:
Ali təhsil;
Lizinq sektorunda 2 il iş təcrübəsi;
Microsoft Office proqramlarında işləmək bacarığı;
İşdə düzgünlük, operativlik, komandada işləmək bacarığı;
Məsuliyyətlilik və diqqətçillik;
Şəffaflıq və davranış qaydaları tələblərinə malik olmaq.
Vəzifə öhdəlikləri:
Daxil olmuş sifarişlər üzrə təqdim olunmuş sənədlərin tamlığını, uyğunluğunun yoxlanılması və eyniləşdirilməsini aparmaq;
Aqrolizinq və azərbaycan kredit bürosu borcunun sorğulanmasını təmin etmək;
Təhlili kənardan aparmaq mümkün olmadıqda, mövcud biznesin maliyyə təhlilini aparmaq məqsədi ilə vizit təşkil etmək;
Мemorandumları tərtib edərək kredit komitəsinə təqdim etmək;
Kredit komitəsində təsdiq olunan memorandumu rəsmiləşdirmək və kreditin verilməsi prosesini sonuna kimi müşahidə etmək;
İş prosesində yaranan problemlərin həlli ilə əlaqədar digər şöbələr ilə əməkdaşlıq etmək;
Təhkim olunmuş lizinqlərin ödənişlərinə nəzarət etmək və gecikdirən müştərilərə dair işi daxili qaydalara uyğun aparmaq;
Daxili qaydalara müvafiq olaraq müştərilərin planlı və ya qəfil monitorinqini aparmaq;
Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;
Rəhbərliyə müvafiq hesabatları vaxtlı-vaxtında təqdim etməkı;
Yeni təchizatçı və yeni müştərilərin təşkilata cəlb olunmasını həyata keçirmək.
İş şərtlərimiz:
İş qrafiki: Həftə içi 5 gün;
İş saatları: 08:30-17:30;
Əmək haqqı: 1200 Azn;
İş yeri: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.