Baş Mexanika Mühəndisi

İyul 10, 2025
Müraciət sonu: Avqust 9, 2025
İndi Müraciət Et

İş Təsviri

Universal Group of Companies

Təsvir:

İstehsalat sahəsində mexaniki avadanlıqların düzgün işləməsinə nəzarət və texniki xidmət proseslərinin təşkili;
Yeni avadanlıqların seçilməsi, montajı və istifadəyə verilməsi prosesinə rəhbərlik;
Mövcud avadanlıqların texniki baxış və təmir planlarının hazırlanması;
Nasazlıqların vaxtında aşkarlanması və effektiv aradan qaldırılması üçün komandanın idarə olunması;
Texniki sənədlərin, təmir-qrafiklərinin və təlimatların hazırlanması;
Təhlükəsizlik qaydalarına və istehsalat standartlarına uyğunluğun təmin edilməsi.
Tələblər:

Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (rəhbər mövqedə təcrübə üstünlükdür);
Texniki çertyojları oxuma və proqram təminatlarında (AutoCAD, SolidWorks və s.) işləmə bacarığı;
İstehsalatda istifadə olunan nasos, kompressor, reduktor, ötürücü mexanizmlər və digər avadanlıqlar üzrə biliklər;
Komandaya rəhbərlik və təşkilatçılıq bacarığı;
Problemləri analiz etmək və operativ qərarvermə qabiliyyəti.
Azərbaycan dili və Rus dili sərbəst (ingilis dili biliyi arzuolunandır).
İş şərtləri:

Həftə içi 5 gün, 10:00 – 19:00;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Korporativ nömrə və mobil telefon;
Könüllü tibbi sığorta;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formasını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Baş Mexanika Mühəndisi” yazaraq göndərə bilərlər.