İş Təsviri
Stock Baku CJSC
Vəzifə öhdəliklərinin qısa məzmunu:
Mühasibat uçotunun düzgün və səmərəli təşkili, bu əsasda lazımi bütün sənədlərin tərtib edilməsi;
Hesabatların düzgün və vaxtında tərtib edilərək təhvil verilməsi;
Maliyyə şöbəsində iş prosesinin düzgün və operativ şəkildə aparılmasına nəzarət etməli;
Müəssisənin iqtisadi fəaliyyətinin səmərəli sürətdə yönləndirilməsi, hesablama texnikasının geniș tətbiq olunması və bu zaman lazım olan bütün işlərin yerinə yetirilməsini təmin etməli;
İş zamanı yaranan iqtisadi problemlərinin həll edilməsinə yüksək səviyyədə nəzarət etməli;
Maliyyə nəticələrinin uçotunu vaxtında və düzgün aparılmasına diqqət yetirməli;
Müəssisə vəsaitinin qanunsuz sərf edilməməsinə nəzarət etməli;
Nəzərdə tutulan vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün digər struktur bölmələr ilə qarşılıqlı əlaqələr qurmalı;
Qanunvericiliyə əsaslanaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu tərtib etməli;
Mühasibatlıq sahəsinə aid olan sənədlərin saxlanılması üçün diqqət yetirməli və s.
Əsas tələblər:
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsilli olmalı;
PMS-a (peşəkar mühasib sertifikatı) sahib olmalı;
Baş mühasib olaraq ən azı 3 il iş təcrübəsi olmalı;
Azərbaycan dili səlis, ingilis və rus dilləri isə arzuolunandır;
Dürüst, çevik, aktiv və dəqiq kimi şəxsi keyfiyyətlərə malik olmalı.
İş Yeri Haqqında Məlumat:
Müəssisənin adı: “Stock Baku” Qapalı Səhmdar Cəmiyyəti
Şirkət “Anbarım” brendi altında ofis və anbar icarəsi fəaliyyəti ilə məşğul olur.
Ünvan: Bakı şəhəri
İş Şərtləri:
İş qrafiki: Həftədə 5 iş günü, 2 istirahət günü
İş saatları: 09:00 – 18:00
Nahar fasiləsi: 13:00 – 14:00
Əməkhaqqı: 2500-3500 AZN