İş Təsviri
Finekspertiza Group MMC
Finekspertiza Group MMC – Audit və Maliyyə konsaltinqi sahəsində fəaliyyət göstərən komandamıza təcrübəli Baş Mühasib axtarırıq!
Vəzifə öhdəliklərinin qısa məzmunu:
Mühasibat uçotunun düzgün və səmərəli təşkili, bu əsasda lazımi bütün sənədlərin tərtib edilməsi;
Hesabatların düzgün və vaxtında tərtib edilərək təhvil verilməsi;
İqtisadi işlərin qabaqcıl forma və metodlarının tətbiq edilməsi;
Maliyyə şöbəsində iş prosesinin düzgün və operativ şəkildə aparılmasına nəzarət etməli;
Şirkətin bütün maliyyə və mühasibatlıq əməliyyatlarının düzgün və qanunvericiliyə uyğun şəkildə aparılmasına nəzarət etmək;
Nəzərdə tutulan vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün digər struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmalı;
Qanunvericiliyə əsaslanaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu tərtib etməli;
Mühasibatlıq sahəsinə aid olan sənədlərin saxlanılması üçün diqqət yetirməli və s.
Əsas tələblər:
İqtisadiyyat sahəsi üzrə ali təhsilli olmalı;
Maxsimum 35 yaşı olmalı;
PMS-ə (peşəkar mühasib sertifikatı) sahib olmalı;
Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
Azərbaycan dili səlis, ingilis və rus dilləri isə arzuolunandır;
Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik
İş şəraiti
İş haqqında məlumat: Audit təşkilatı
İş yeri: Bakı şəhəri; Xətai rayonu
İş qrafiki: həftədə 5 gün iş, 2 gün istirahət;
İş saatı: 09:00-18:00;
Nahar fasiləsi: 13:00-14:00;
Əmək haqqı: razılaşma yolu ilə