İş Təsviri
Karat Lombard
İş barədə məlumat
– Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin dəqiq olmasının, mühasibatlıq standartlarına uyğun olmasının təmin edilməsi və nəzarətdə saxlanılması
– Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– Kassa , Bank əməliyyatlarının həyata keçirilməsinə nəzarət edilməsi,uçotunun aparılması
– Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi
– Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ olaraq vaxtında həll edilməsi
– Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilməsi
– İş qrafiki: Bazar ertəsi – cümə günü/şənbə günü (qısaldılmış iş vaxtı)
– İş saatı: 10:00-dan -19:00-dək/ 10:00-dan 17:00-dək.
Namizədə tələblər
– Xanım namizəd
– Məsuliyyətlilik,dəqiqlik,punktuallıq
-Yüksək idarəçilik qabiliyyəti , işlərin dəqiq icrasına nəzarət olunması
– İş təcrübəsi 3il minimum bank,bokt maliyyə sektoru sahələrində təcrübə mütləqdir
– Vergi, əmək qanunvericiliyi,mühasibat uçotu mükəmməl biliyi
– AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməsi
– PMS sertifikatı.
Namizədlərdən şəkilli CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə office@karatlombard.az e-mail ünvanına göndərmələri xahiş olunur.