Baş mühasib

May 27, 2025
Müraciət sonu: İyun 25, 2025
İndi Müraciət Et

İş Təsviri

Bonne

İş barədə məlumat:

Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti;
Cəmiyyət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat-maliyyə hesabatlarının tələb olunan müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
Şirkətində istifadə olunan 1C proqram təminatında bütün əməliyyatları əks etdirmək;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun düzgün sərf olunmasına, əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim etmək;
Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
Bütün bank əməliyyatlarını həyata keçirmək və ödənişləri nəzarətdə saxlamaq;
Maliyyə hesabatlarını (Balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı və s.) hazırlamaq;
Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün müvafiq əməliyyatların vaxtında və düzgün emal olunmasını təmin etmək;
Mühasibatlıq sənədlərinin düzgün hazırlanmasına nəzarət etmək;
Tenderlərdə iştirak etmək üçün tələb olunan sənədlərin hazırlamaq
Vaxtlı-vaxtında və lazımı qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi məqsədilə təchizatçılarla/müştərilərlə rəsmi yazışmalar aparmaq;
Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək;
Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
Səlahiyyəti çərçivəsində işlə əlaqədar işçilərin sorğularını cavablandırmaq;
İş prosesində məlumatların məxfiliyinin qorunmasına nəzarət etmək;
Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;
Direktor tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün icra etmək.
Şərtlər:

İş yeri: Bakı şəhəri
İş rejimi: 5 günlük
Korporativ nömrə;
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq.