İş Təsviri
Sirab Satış və Dağıtım MMC
Əsas tələblər:
Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil
Minimum 3 il FMCG və ya sürətli istehlak malları sahəsində Baş Mühasib və ya Müvafiq səviyyədə rəhbər mühasibat vəzifəsində təcrübə
PMS sertifikatı
Azərbaycan Respublikasının Vergi və Əmək Məcəlləsi üzrə dərin biliklər
Micro, Logix, 1C, BTP (Vergi portalı), DSMF və Statistika portalları ilə işləmə bacarığı
Excel və digər MS Office proqramlarında yüksək səviyyədə bilik
Hesabatlılıq və detala diqqət bacarığı, yüksək analitik düşüncə
Məsuliyyətlilik, dürüstlük və məxfiliyə ciddi riayət
Komanda işi və liderlik bacarıqları
İş barədə:
Vergi, maliyyə və idarəetmə uçotunun dəqiq və tam şəkildə təşkili və aparılması
AR Vergi Məcəlləsinə uyğun vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi, DSMF, işsizlik sığortası və s.) hazırlanması və təqdim edilməsi
Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi
Dövlət orqanlarına (Vergi, Statistika, DSMF, Məşğulluq və s.) hesabatların vaxtında və düzgün təqdim olunması
Əməkhaqqı, ezamiyyə, avans və digər əməliyyatların uçotunun düzgün aparılması
Vergi yoxlamaları, daxili və xarici auditlərə tam hazır vəziyyətin təmin olunması
Maliyyə risklərinin idarə olunması və potensial vergi sanksiyalarının önlənməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi
Komandaya rəhbərlik və biliklərin paylaşılması, iş bölgüsünün təşkili
FMCG sektoruna uyğun olan sürətli əməliyyat dövriyyələrinin yüksək dəqiqliklə uçotu və optimallaşdırılması
Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:
Nahar şirkət tərəfindən təmin olunur
5 günlük iş rejimi; saat 09:00/18:00
Rəqabətqabiliyyətli əmək haqqı
Korporativ telefon nömrəsi və danışıq paketi
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)