Beton sınaqları üzrə keyfiyyətə nəzarət mütəxəssisi

İyul 14, 2025
Müraciət sonu: Avqust 13, 2025
İndi Müraciət Et

İş Təsviri

Kartaş LTD (Mr.Fix)

Vəzifə öhdəlikləri

Laboratoriyada və sahədə beton və beton komponentləri üzərində fiziki-mexaniki sınaqların (möhkəmlik, sıxılma, axıcılıq və s.) aparılması;
Gündəlik sınaq nəticələrinin dəqiq şəkildə qeydiyyatı və müvafiq hesabatların hazırlanması;
Sınaqların standartlara (AZS, GOST, EN, ISO və s.) uyğun şəkildə aparılmasına nəzarət;
Laboratoriya avadanlıqlarının texniki vəziyyətinə nəzarət və kalibrasiya prosesində iştirak;
Uyğunsuzluq halları aşkarlanarsa müvafiq bölmələri məlumatlandırmaq və tədbir görülməsini təmin etmək;
Daxili keyfiyyət sistemlərinin tətbiqinə dəstək göstərmək.
Tələblər

Müvafiq texniki sahə üzrə ali təhsil (kimya mühəndisliyi, inşaat mühəndisliyi və s.);
Beton sınaqları sahəsində minimum 1 il iş təcrübəsi;
Tikinti kimyəviləri və sement əsaslı qarışıqlarla işləmə təcrübəsi.
Standartlara uyğun sınaq üsullarını bilmək;
Avtomatlaşdırılmış laboratoriya sistemlərində iş təcrübəsi;
ISO 17025 və ya ISO 9001 üzrə biliklərin olması;
Azərbaycan dili – əla səviyyədə, rus – yaxşı səviyyədə bilən namizədlərə üstünlük;
MS Excel və digər ofis proqramları ilə işləmə bacarığı.
Laboratoriya avadanlıqları ilə işləmə bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və texniki sənədlərlə işləmək bacarığı;
İş şəraiti:

İş qrafiki: 6 günlük
Şirkət tərəfindən nahar və nəqliyyat ilə təmin edilmə
Sınaq müddətindən sonra könüllü tibbi sığorta
İş yeri: Sumqayıt Sənaye Parkı
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Beton sınaqları üzrə keyfiyyətə nəzarət mütəxəssisi” yazaraq göndərə bilərlər.