Beyləqan PİEZ filialında İnsan resursları üzrə müfətiş-tabelçi (istehsalat sahəsi üzrə)

İyul 11, 2025
AZN550 - AZN670
Müraciət sonu: Avqust 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Azərpambıq ASK MMC

Təsvir

Təsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin imza layihəsinin hazırlanması, Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün ESD və ERP sistemlərinə yerləşdirilməsi;
Təsdiq edilmiş formalara uyğun olaraq kadr əməliyyatlarına dair əmrlərin imza layihəsinin hazırlanması, Cəmiyyəti aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün ESD və ERP sistemlərinə yerləşdirilməsi;
Əmək müqavilələri, ona edilən dəyişikliklərə dair müvafiq əlavələri, əmək müqaviləsinin ləğv edilməsi bildirişinin elektron informasiya sisteminə (ƏMAS portalına) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi;
İşçilərin şəxsi işçilərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi;
Sadə formada və xüsusi proqram (ZKTeco) vasitəsi ilə işçilərin iş vaxtının uçotunun aparılması, məlumatların tabeldə əks etdirilməsi;
Müvafiq struktur bölmə tərəfindən verilmiş və/və ya ERP sistemində olan məlumata əsasən işəmuzd qaydada işləyən işçilərin görülmüş işlərinin uçotunun aparılması;
Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi.
Tələblər

Ali təhsil
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləmək
İş rejimi: 6 gün
Həftədə 40 saat
İş yeri Beyləqan rayonunda yerləşdiyinə görə yalnız həmin rayonda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.

Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Təcrübə 3-4 il
Təhsil – Bakalavr
Əmək haqqı 550 – 670 AZN
İmtiyazlar

Korporativ nömrə
Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.