Beynəlxalq Əməliyyatlar üzrə şöbə rəhbəri

Müraciət sonu: İyul 3, 2025
İndi Müraciət Et

İş Təsviri

Milla Dairy

Vəzifə öhdəlikləri:

İdxal-İxrac əməliyyatlarına nəzarət etmək, təkmilləşdirmək və xarici müştəri tələblərinin qarşılanmasını və müştəri münasibətlərinin idarə edilməsini təmin etmək
İxrac əməliyyatlarına dair xarici müştərilər ilə danışıqların aparılması, planlamanın tərtibi, istehsal və anbar komandaları ilə planların razılaşdırılması; yükləmə/daşınma qrafikin tərtibi və icrasına nəzarət olunması
Beynəlxalq yükdaşıma və Gömrük işləri ilə əlaqədar zəruri icazələrin hazırlamasına və yüklərin vaxtında bəyan olunmasına nəzarət etmək
Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək; yükdaşınma zamanı yaranan riskləri təyin etmək və idarə etmək
Beynəlxalq yükdaşıma proseslərinin optimallaşdırılmasını, etibarlı nəqliyyat şirkətlərinin və yük marşrutlarının seçilməsini və səmərəliliyin artırılmasını təmin etmək
Namizədə tələblər:

Ali təhsil; (İqtisadiyyat; Maliyyə; Beynəlxalq Ticarət; Gömrük )
Müvafiq sahədə minimum 2 ildən artıq iş təcrübəsi ;
Azərbaycan , İngilis və Rus dilində sərbəst nitq və yazı bacarığı;
MS Office və 1C (8.3) proqramlarından sərbəst istifadə bacarığı;
İş şərtləri:

İş qrafiki: Həftəiçi 5 gün, 08:30-17:30
İş yeri: Bakı-Şamaxı şos.15-ci km (Hökməli qəs.)
Qeyd: Nahar, servis, könüllü tibbi sığorta və korporativ nömrə şirkət tərəfindən təmin edilir.