İş Təsviri
Azerbaijan Fish Farm
Vəzifə üzrə öhdəliklər:
Şirkətin stratejik hədəflərinə uyğun olaraq xarici bazarların araşdırılması işində yaxından iştirak etmək;
Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrini qorumaq və inkişaf etdirmək;
Potensial partnyorlar və müştərilər tapmaq və ilkin əlaqələr yaratmaq;
İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
İxrac əməliyyatları, xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini son imzaya qədər təqib etmək;
İxrac əməliyyatları üzrə müvafiq sənədləşmələri vaxtlı vaxtında təmin etmək;
İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi koordinasiya etmək;
İxrac əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyünü yoxlamaq;
İxrac əməliyyatları üzrə ödənişlərin təqib edilməsi və ödənişlərin müvafiq bəyannamə üzrə bağlanılmasını maliyyə komandası ilə koordinasiya etmək;
İxrac üzrə satış planını yerinə yetirmək;
Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatlar tərtib etmək;
Şirkəti yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil etmək.
Namizədə Tələblər:
Ali təhsil;
Minimum 1 il iş təcrübəsi (Topdan satış və qida məhsullarının ixracı üzrə);
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları və inandırıcılıq, komanda ilə işləmə bacarığı, analitik düşünmə, təşəbbüskarlıq və yeniliklərə açıq olmaq;
Azərbaycan dili, Rus dili, İngilis dili, əlavə xarici dil bilikləri üstünlükdür;
Vergi Məcəlləsi və Gömrük Məcəlləsi üzrə biliklər, ixrac əməliyyatları, Incoterms üzrə biliklər və MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
İş yeri: Bakı şəhəri
Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.
Vakansiyaya müraciət üçün CV-ləri “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusu ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur.