İş Təsviri
Foton
Nə təklif edirik?
Bazar rəqabətinə uyğun əmək haqqı;
Könüllü tibbi siğorta; (ailə paketi);
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
Təhkim olunduğu bina və villaların idarə edilməsi;
Binaların idarə edilməsi və xidmət işinin təşkili ilə əlaqədar tabeçiliyində olan texniki, bağban və təmizlik işçilərinə tapışırıqlar vermək, icrasına nəzarət etmək;
Binalarda gedən proseslər, müxtəlif idarələrdən binalara göndərilən nümayəndələr haqqında rəhbərliyi vaxtında və düzgün məlumatlandırmaq;
Bina ərazisində texniki xidmətə aid sənədləri tələb olunan qaydada tərtib etmək;
1C proqramı vasitəsi ilə tələb olunan mal-material və servislərin sifarişlərin verilməsi və icrasına nəzarət;
Hər ayın sonunda ay ərzində görülən işlərin hesabatını hazırlamaq;
Binalarda istifadə olunan su, qaz və elektrik sərfiyyatına nəzarət etmək;
Tabeçiliyində olan heyətin davamiyyəti və nizam-intizamına daim nəzarət etmək.
Tələblər:
İdarəetmə sahəsi üzrə ali təhsil və biliklər;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Komanda ilə işləmək bacarığı;
Microsoft Word, Excel proqramlarını bilməli;
Yüksək təşkilatçılıq bacarıqları.
İş şəraiti:
İş rejimi: 5 günlük
İş yeri: Şamaxı rayonu
İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
Xahiş olur CV-lərinizi ”koordinator” başlığı altında Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərəsiniz.