Biznes Məlumatlarının İntelektual Emalı (Bİ) və Data Mühəndisliyi Mərkəzi/Aparıcı Data Mühəndisi

May 29, 2025
Müraciət sonu: İyun 28, 2025
İndi Müraciət Et

İş Təsviri

Azerbaijan Airlines

Təsvir

Məlumatların toplanması, yığılması vəinteqrasiyası: Fərqli məlumat mənbələrindən məlumatların toplanması, strukturlaşdırılması və birləşdirilməsi proseslərini həyata keçirmək;
Məlumatların köçürülməsi və idarə edilməsi: Azure Data Factory (ADF) vasitəsilə məlumatların müxtəlif mənbələrdən hədəf sistemlərə səmərəli və təhlükəsiz şəkildə köçürülməsini təmin etmək;
İş proseslərinin avtomatlaşdırılması: Data Factory işlərinin və məlumat köçürülmə proseslərinin avtomatlaşdırılmasını təmin etmək, beləliklə, sistemin davamlı və effektiv işləməsini təmin etmək;
Data Pipeline və Data Flows yaradılması: Məlumatların inteqrasiyası və emalı üçün Data Pipeline və Data Flows dizayn etmək, optimallaşdırmaq və inkişaf etdirmək;
Verilənlər bazası əməliyyatları: Məlumatların daxil edilməsi, silinməsi və yenilənməsi üzrə SQL prosedurlarını yazmaq, optimallaşdırmaq və tətbiq etmək.
Tələblər

Təhsil: Ali təhsil;
Sahə üzrə 2+il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis;
Kompüter bilikləri: MS Office (MSSQL, Oracle SQL, Power BI);
MSSQL, Oracle SQL və ya digər verilənlər bazası texnologiyalarında təcrübə;
ETL (Extract, Transform, Load) proseslərinin dizaynı və tətbiqi üzrə təcrübə;
SQL sorğuları, prosedurlar və funksiyalar yazmaq və optimallaşdırmaq;
Power BI və ya digər analitik alətlərdən istifadə edərək məlumatların təhlili və vizuallaşdırılması;
Ünsiyyət bacarıqları (yazılı, şifahi);
Danışıqların aparılması bacarığı;
Qərar vermə bacarığı;
Problemi həll etmə bacarığı;
Təqdimat bacarığı;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Komandada işləmə bacarığı.
İş yeri:

Heydər Əliyev Beynəlxalq Hava Limanı.
İş rejimi:

5 günlük iş rejimi. 09:00-dan 18:00-a qədər
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Təcrübə – 3-4 il
Təhsil – Bakalavr