Biznes risklərinin idarəedilməsi üzrə kiçik mütəxəssis

Müraciət sonu: İyul 3, 2025
İndi Müraciət Et

İş Təsviri

Milla Dairy

Namizədin vəzifə öhdəlikləri:

Şirkət daxilində aparılan biznes proseslərin monitorinqi və izlənilməsi
Proses sahibi və iştirakçıları ilə müsahibələr təşkil etmək, proseslər üzərində müşahidələr apararaq prosesin icra olunması və nəticələri ilə bağlı məlumatları toplamaq
Biznes proseslərinin davamlı olaraq təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq prosesləri təhlil etmək
Biznes proseslərinin monitorinqi nəticəsində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün təkliflər hazırlamaq
Namizədə tələblər:

Ali təhsil (Maliyyə, İdarəetmə, İqtisadiyyat)
Risklərin idarəedilməsi və biznes prosesləri üzrə nəzəri biliklər
Mükəmməl səviyyədə Azərbaycan , yaxşı səviyyədə İngilis dilli (Rus dili arzuolunandır)
MS Office proqramlarından istifadə etmək bacarığı
Məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq
İş şərtləri:

İş yeri: Hökməli qəsəbəsi (Bakı-Şamaxı şos.15-ci km.)
İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:30-17:30
Könüllü tibbi sığorta, korporativ mobil nömrə, servis və nahar şirkət tərəfindən təmin edilir.
Əmək haqqı müsahibə əsasında təyin olunacaq.