Biznesin İnkişafı İdarəsinin Pərakəndə bankçılıq şöbəsinin mütəxəssisi (Birbaşa satış sahəsi üzrə)

Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Xalq Bank

Təsvir

Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlər etmək və potensial müştərilərlə görüşlər təşkil etmək;
Pərakəndə məhsullarla bağlı təqdimatların hazırlanması və görüşlərdə təqdimatla çıxış etmək;
Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərə məlumatlar təqdim etmək;
Bankın tələblərinə uyğun olan müştərilərin banka cəlb edilməsini təmin etmək;
Müştəri təhlilini həyata keçirilməsi, müştəriyə uyğun bank məhsullarının və xidmətlərinin təklifi;
Kredit məhsulları ilə bağlı maraq göstərmiş müştərinin maliyyə təhlilini həyata keçirmək;
Rəhbərlik tərəfindən verilən digər sorğuların icrası;
Satış prosesi ilə bağlı statistik və digər məlumatları müəyyən olunmuş qaydada təqdim etmək.
Tələblər

Ali magistr təhsili;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Birbaşa satış üzrə iş təcrübəsinin olması arzuolunandır;
Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
Müştərilərlə kommunikasiya və satış qabiliyyəti;
Qərar qəbuletmə bacarığı;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Kompüter bilikləri;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Təcrübə – 1-2 il
Təhsil – Magistr