Biznesin İnkişafı İdarəsinin Pərakəndə bankçılıq şöbəsinin mütəxəssisi (Kredit analitikası üzrə)

İyun 11, 2025
Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Xalq Bank

Təsvir

Daxil olmuş istehlak krediti müraciətlərini qəbul və təhlil etmək;
Aparılmış analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;
Bankın filiallarının kredit bölmələrinin əməkdaşlarına istehlak kreditləri ilə bağlı lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi
Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.
Tələblər

Maliyyə, menecment, iqtisadiyyat, idarəetmə istiqaməti üzrə magistr təhsilin olması;
Ən azı 2 il bankda müvafiq sahədə iş təcrübəsi;
Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
Microsoft Office proqramlarından istifadə bacarığı;
Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Təcrübə – 1-2 il
Təhsil – Magistr