İş Təsviri
Baku Steel Company CJSC
Əsas vəzifələr:
Müştəri tələblərinə uyğun olaraq boru məhsulları üzrə kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
Yerli və xarici müştərilərlə gündəlik əlaqələrin qurulması, danışıqların aparılması və satış müqavilələrinin bağlanması
Satış planlarının və hədəflərinin icrasını təmin etmək üçün aktiv satış fəaliyyətinin həyata keçirilməsi
Bazarın təhlili, rəqiblərin qiymət və məhsul strategiyalarının izlənməsi
Satış prosesinin bütün mərhələlərində (sifarişdən çatdırılmaya qədər) istehsalat, logistika və maliyyə komandaları ilə koordinasiyanın təmin edilməsi
Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
Müştəri məmnuniyyətinin təmin edilməsi və satış sonrası dəstəyin göstərilməsi
Namizədə tələblər:
Biznesin idarə olunması, beynəlxalq ticarət, sənaye mühəndisliyi və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
Metallurgiya, boru istehsalı və ya sənaye məhsullarının satışı sahəsində minimum 1–2 il iş təcrübəsi
Tikinti, neft-qaz və infrastruktur sektorları üzrə satış təcrübəsi üstünlük sayılır
Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı
Aktiv satış və effektiv danışıqlar aparmaq bacarığı
Güclü analitik və kommunikasiya bacarıqları
Müştəriyönümlü düşüncə və problemləri çevik şəkildə həll etmək qabiliyyəti
MS Office proqramlarında sərbəst işləmək bacarığı
Komandada işləmək bacarığı və nəticəyə yönəlik yanaşma
Vakansiya haqqında:
Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.