İş Təsviri
Zayam Technologies Park OJSC
Tələblər:
Təhsil: Ali
İş təcrübəsi: Boya supervayzoru kimi 2-3 il (Tikinti layihələri, metal konstruksiya və bənzəri sahədə)
MS office yaxşı səviyyədə bilmək
İngilis və rus dillərini bilmək
Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
BGAS Level 2 sertifikatına sahib olmaq üstünlükdür.
İş öhdəlikləri:
İş proqramına uyğun olaraq öhdəliyə götürülmüş boyama işlərini vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək;
Normativ sənədlərin hazırlanması;
Material, işçi heyəti və müştəri ehtiyaclarını əvvəlcədən müəyyən edərək, istehsalat rəhbərinə bildirmək;
Göstərilən iş proqramına uyğun olaraq boyama sahəsində təfsilatlı iş proqramı hazırlamaq;
Günlük və aylıq hesabatları hazırlamaq;
Boyama sahəsində daşınma işlərini həyata keçirilməsinə nəzarət etmək və istehsalat rəisinə məlumat vermək;
Təsdiq edilmiş layihələri yoxlayaraq, boyama işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək;
Boyama üsulları və standartlarını bilməli;
Yeni istehsal olunan metallarda metal səthlərin boyama prosesinə hazırlanması, boya tətbiq ediləcək səthin müxtəlif qalıqlardan təmizlənməsi, səthlər üzərində cilalama, təmir, bərkitmə və tamamlama işlərinin həyata keçirilməsinə nəzarət etmək;
Bütün peşə alət və avadanlıqlarında işlək, onların texniki cəhətdən saz saxlanmasına nəzarət etmək;
Ehtiyac olduğu təqdirdə səthlərə örtük çəkmək və naqillərin üzərini bağlatdırmaq;
İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq işin görülməsinin təmin edilməsi;
Keyfiyyətə Nəzarət tələblərinin təmin edilməsinə nəzarət etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
İş qrafiki:
5 günlük iş rejimi
08:00-17:00 iş saatları
12:00-13:00 nahar fasiləsi
İş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsi
Təminatlar: gündə 3 dəfə qidalanma və yerləşmə
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Boya sahəsi üzrə supervayzor” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt yazaraq göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.